USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı Nəqliyyat Agentliyi "Qarabağ"ın oyunu üçün xüsusi avtobuslar ayırıb

16.07.2019 İdman
0 0
Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ" - Partizani" oyununun keçiriləcəyi "Dalğa Arena"ya azarkeşlərin rahat gedib-qayıtması üçün avtobus ayrılacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə Ağdam klubunun saytı məlumat yayıb. Məlumatda bildirilir:

"Azarkeşlərin stadiona rahat gedib-qayıtmasını təmin etmək üçün klubumuzun Bakı Nəqliyyat Agentliyinə müraciətini qarşı tərəf müsbət cavablandırıb və azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Belə ki, sabah 18:30-19:45 arası "Koroğlu" metrostansiyasından "Dalğa Arena"ya avtobuslar hərəkət edəcək. "Qarabağ" loqolu avtobuslara yalnız oyun biletini ilə giriş olacaq. Oyundan sonra isə avtobuslar yenidən azarkeşləri stadiondan "Koroğlu" metrostansiyasına geri qaytaracaqdır".

Qeyd edək ki, sözügedən görüş sabah yerli vaxtla 21:00-da başlayacaq.