USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Fənərbaxça" 180 minə aldığı futbolçunu 17.5 milyon avroya satdı - RƏSMİ

23.07.2019 İdman
0 0
"Fənərbaxça"nın futbolçusu Elif Elmas "Napoli"yə transfer olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə İstanbul klubunun saytı məlumat yayıb. 19 yaşlı yarımmüdafiəçinin tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacağ bildirilib.

Klubdan bildirilib ki, İtaliya təmsilçisi bu transfer üçün 16 milyon avro təzminat ödəyəcək. Bundan başqa futbolçunu performansına uyğun olaraq "Fənərbaxça" 1.5 milyon avro bonus qazanacaq. Həmçinin "Napoli" gələcəkdə Elifi başqa bir kluba satsa İstanbul təmsilçisinə 1.5 milyon avro verəcək.

"Fənərbaxça" makedoniyalı futbolçunu 2017-ci ildə "Rabotniçki"dən 180 min avroya almışdı. (Fanat.az)