USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AFB Bank"ın xalis mənfəəti 4 dəfə azalıb - HESABAT

23.07.2019 Bank
0 0
"AFB Bank" 2019-cu ilin ikinci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən, bankın zərəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon manat azalıb.

"Kommersant.az" bankın hesabatına əsasən xəbər verir ki, "AFB Bank"ın cəmi aktivləri 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 99 mln. 110 min manat azalaraq 423 mln. 672 min manata enib. Bundan başqa bankın cəmi öhdəlikləri də 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 103 mln. 63 min manat azalaraq 347 mln. 714 min manata düşüb. "AFB Bank"ın cəmi kapitalı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3 mln. 954 min manat artaraq 75 mln. 958 min manata bərabər olub.

KREDİT PORTFELİ ARTIB DEPOZİT PORTFELİ AZALIB

Bankın müştərilərə verdiyi kreditlər 2018 -ci ilin eyni dövrü ilə müqayisədə 26 mln. 453 min manat artaraq 251 mln. 221 min manata çatıb. "AFB Bank"da müştərilərin müddətli depozitləri 94 mln. 967 min manat azalaraq 222 mln. 152 min manata enib.

ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏT AZALIB

"AFB Bank"ın xalis faiz gəliri 8 mln. 521 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 17 mln. 336 min manat az), qeyri-faiz gəliri 4 mln. 733 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 257 min manat az), qeyri-faiz xərci 9 mln. 510 min manat (ötən ilin eyni dövrü ilə müqayisədə 75 min manat çox) olub. Beləliklə bankın əməliyyat mənfəəti 2019 -cu ilin 2-ci rübündə 3 mln. 744 min manat olub. Bu rəqəm 2018-ci ilin eyni dövrü ilə müqayisədə 9 mln. 148 min manat azdır.

Bankın xalis mənfəəti 2018- ci ilin müvafiq dövrü ilə müqayisədə 3 mln. 653 min manat azalaraq 1 mln. 677 min manata enib.

"AFB Bank"ın məcmu kapitalı 75 mln. 589 min manat olub ki, bu da 2018-ci ilin 2-ci rübü ilə müqayisədə 6 mln. 853 min manat çoxdur.