USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iqtisadiyyatı 3% böyüyüb - STATİSTİKA

17.04.2019 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar-mart aylarında ölkədə 18 milyard 111,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3% çox ümumi daxili məhsul istehsal edilib.

"Kommersant.az" bu barədə Dövlət Statistika Komitəsinə(DSK) istinadən xəbər verir.

ÜDM istehsalının 46% sənayenin, 10,2%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,6%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,5%-i tikintinin, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrinin, 16,4%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,2%-ini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1835,1 manata bərabər olub.

  • Əvvəlki

    "Turan Bank"ın zərəri hər il artır - BANK PİS VƏZİYYƏTDƏ

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0