USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Avrasiya" hesabatını açıqladı - KƏSKİN AZALMA VAR

17.04.2019 Bank
0 0
"Bank Avrasiya" 2019-cu ilin 1-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata əsas bankın cəmi aktivləri, cəmi öhdəlikləri kəskin şəkildə azalıb.

"Kommersant.az" bankın hesabatına istinadən xəbər verir ki, "Bank Avrasiya" 2018-ci ilin analoji dövrü ilə müqayisədə 01.03.2019 tarixində cəmi aktivlərini 6 mln. 869 min manat azaldaraq 155 mln. 347 min manata salıb. Bundan başqa bankın cəmi öhdəlikləri 8 mln. 697 min manat azalaraq 91 mln. 305 min manata bərabər olub. Bankın cəmi kapitalı 1 mln. 830 min manat artaraq 64 mln. 43 min manat olub.

ÖHDƏLİYİ MÜŞTƏRİLƏİN DEPOZİTLƏRİNİ ÇƏKMƏSİNƏ GÖRƏ AZALIB

"Bank Avrasiya"nın öhdəliyinin azalamsına əsas səbəb müştəri depozitlərinin 9 mln. 221 min manat və ya 27% azalaraq 23 mln. 890 min manata bərabər olmasıdır. Bankın müştərilərinə verdiyi kredit isə il ərzində 1 mln. 515 min manat artaraq 91 mln. 305 min manat olub.

BANKIN MƏNFƏƏTİ KƏSKİN AZALIB

Bankın xalis faiz mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 75 min manatdan çox azalaraq 2 mln. 297 min manata enib. Bundan başqa bankın əməliyyat mənfəəti 19 min manat artaraq 1 mln. 633 min manata çatıb. Ötən il 3 mln. 233 min manat xalis mənfəət əldə edən bank bu ilin 1-ci rübündə 14 min manatlıq mənfəət açıqlayıb.

BANKIN MƏCMU KAPİTALI

"Bank Avrasiya" nın məcmu kapitalı 2018-ci ilin 1-ci rübü ilə müqayisədə 1 mln. 900 min manat artıb. Belə ki, bank cari ilin 1-ci rübündə 63 mln. 640 min manatlıq məcmu kapital açıqlayıb. Məcmu kapitalın adekvatlıq əmsalı 63.69%, 1-ci dərəcəli kapitalıb adekvatlıq əmsalı isə 62.41% təşkil edib.