USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Bazarlarına Nəzarət Palatasının mənfəəti 3 dəfə artıb

22.05.2019 İqtisadiyyat
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) cəmi aktivləri bu il yanvarın 1-nə 21,335 milyon manat təşkil edib.

"Kommersant.az" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 45,7% çoxdur.

2018-ci ildə MBNP-nin uzunmüddətli aktivləri 71,9% azalaraq 1,654 milyon manata düşüb, cari aktivləri isə 2,25 dəfə artaraq 19,681 milyon manata çatıb.

Bundan başqa, hesabat dövründə Palatanın cəmi öhdəlikləri 8,6% azalaraq 1,066 milyon manat, cəmi kapitalı isə 50,4% artaraq 20,269 milyon manat olub.

Ötən il MBNP-nin əməliyyat gəlirləri 20,033 milyon manat (əvvəlki ilə nisbətən 33,55% çox), əməliyyat xərcləri 10,135 milyon manat (6,9% az), sair gəlirləri 759 min manat (4,3 dəfə çox), debitor borclar üzrə dəyərsizləşmə xərcləri isə 214 min manat (48,9% az) təşkil edib. Son nəticədə Palata 2018-ci ili 10,443 milyon manat mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 2,7 dəfə çoxdur.

  • Əvvəlki

    Azərbaycanın sabiq nazirləri bir arada – “Range Rover”də 4 nəfər... - FOTOLAR

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0