USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb

27.05.2020 İqtisadiyyat
0 0
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın təsərrüfatlarında 43,6 min ton kartof istehsal olunub.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 7,3% artıb.

Hesabat dövründə ölkədə tərəvəz məhsullarının istehsalı ötən ilin ilk dörd ayı ilə müqayisədə 16,7% artaraq 107,0 min ton təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında yaz əkininin əvvəlindən 52 071,0 hektar sahədə kartof, 48 274,7 hektar ərazidə isə tərəvəz məhsulları əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricilərini müvafiq olaraq 8,3 və 7,2% üstələyir.

  • Əvvəlki

    Azərbaycan neftinin qiyməti 36 dollara çatdı

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0