USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baba Rzayevin qardaşı "Azərişıq"dan 1,7 milyon manatlıq tender uddu

26.02.2021 Tender
1 0
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.

"Kommersant.az" açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən "Müxtəlif kabellərin satın alınması" məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Göknur Bakı LTD" MMC olub.

“Azərişıq” Açıq Səhimdar Cəmiyyəti "Müxtəlif kabellərin satın alınması" məqəsədilə "Göknur Bakı LTD" MMC şirkətinə 1 milyon 716 min 428 manat ödəycək.

Məlumat üçün bildirək ki, "Göknur Bakı LTD" MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan NNC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur.

Onu da bildirək ki, Rzayev Rahib Hüseynağa oğlu uzun illər – 2006-2018-ci illərdə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edən Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşıdır. Baba Rzayev 2018-ci ildən etibarən “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin əsas tərəfdaşı və yeganə elektik enerjisi tədarükçüsü olan “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edir.

Baba Rzayev “Bakıelektrikşəbəkə”Açıq Səhimdar Cəmiyyətinin sədri olduğu zaman – 2011-2015-ci illərdə də "Göknur Bakı LTD" MMC ilə ASC arasında onlarla tender müqaviləsi imzalanıb.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarında iştirak edən iddiaçının vəzifəli şəxsi ilə birbaşa qohumluğu, həmçinin təsisçilik və asılılıq münasibətləri olanlar ola bilməz.

Onu da bildirək ki, bir il əvvəl qanuni təmsilçisi “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin sabiq sədri Baba Rzayevin qardaşı Rahib Rzayev olan "Göknur Bakı LTD" MMC-nin “Azərişıq” ASC-dən 17,3 milyon manat dəyərində tender müsabiqəsini udub.

  • Əvvəlki

    İlham Əliyev: “Statusun ünvanını göstərmişəm, status haradadır, onu hər kəs bilir”

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21