Aeroportlarda sərnişinləri daha çox qıcıqlandıran məqamlar - SİYAHI

11.03.2019 Turizm
Ekspert Co Brayant 2 min britaniyalı arasında sorğu keçirərək hava limanlarında sərnişinləri qıcıqlandıran əsas məqamların siyahısını hazırlayıb.

"Kommersant.az"-ın məlumatına görə, sorğunun nəticəsinə əsasən, turistlərin daha çox narazılığına səbəb olan məqam bəzi sərnişinlərin növbə gözləmədən qabağa keçməyə cəhd etməsidir. Bu varianta respondentlərin 57 faizi səs verib.

İkinci yerdə bir sıra səyahətçilərin gözləmə zalında öz çantalarını boş oturacağa qoymasıdır (41 faiz). Növbəti isə insanların pasportlarını əlində hazır saxlamamasına görə yoxlanış məntəqəsində növbənin uzanmasıdır - 38 faiz.

Dördüncü yerdə təhlükəsizlik qaydalarına əməl edilməməsi (38%), beşinci sırada isə turistlərin həddindən artıq yüklənmiş çamadanlarla gəlməsidir - bu, yenidən qablaşdırmaya və digərlərinin çox gözləməsinə gətirib çıxarır.

Qıcıqlandırıcıların siyahısına aeroport binasında qaçanlar və səhvən başqasının çamadanını götürənlər də daxildir.

VTB