Şengen vizasının dəyişdirilmiş verilmə qaydaları qüvvəyə minir

01.02.2020 Turizm
Avropa İttifaqının yenilənmiş viza Məcəlləsi 2 fevral 2020-ci il tarixindən etibarən qüvvəyə minir, belə ki, Şengen zonasına dəfələrlə daxil olmaq üçün icazə başqa qaydalar üzrə veriləcək.

Bu barədə ATOR yazır.

Şengen vizasının dəyəri Azərbaycan vətəndaşları, həmçinin Gürcüstan, Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Makedoniya, Albaniya, Ukrayna, Moldova və Rusiyadan olan səyahətçilər üçün dəyişməyəcək.

Konsulluq haqqı əvvəlki kimi 35 avro olacaq. Lakin Şengen zonasına daxil olan Avropa ölkələrinin viza mərkəzlərinə rəsmiləşdirmə üçün müraciət edərkən xidmətlərin ümumi dəyəri daha çox olacaq. Əlavə xidmət haqqı, bir qayda olaraq, 30 avrodan çox deyil.

Beşillik Şengen vizasını son üç il ərzində çoxdəfəlik və düzgün istifadə edilmiş minimum iki illik Şengen vizası olan səyahətçilər əldə edə biləcəklər.

Bununla yanaşı, ekspertlər daha çox birdəfəlik vizaların olacağından ehtiyatlanırlar. Xüsusilə, Avropaya ilk dəfə səfər edən ərizəçilər giriş üçün yalnız səyahət müddətinə icazə alacaqlar.