USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən ucuz xarici tur hansı ölkəyədir - SİYAHI, QİYMƏTLƏR

03.07.2018 İqtisadiyyat
0 0
Turizm şirkətləri müxtəlif qiymətlərə xarici və daxili turlar təklif edirlər. Amma səyahət agentliklərinin məlumatlarına görə, son dövrlər müraciət edənlər daha çox ucuz xarici turlara üstünlük verir.

"Kommersant", oxucuların marağını nəzərə alaraq ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin təklif etdiyi ən ucuz xarici turlarla maraqlanıb. Siyahını təqdim edirik.

Bu ölkəyə olan maraq Türkiyəni üstələyib

"Amore Travel" turizm şirkətindən bildirdilər ki, burada ən ucuz tur Misir istiqaməti üzrədir. Agentliyin məlumatına görə, Misir turlarına maraq Türkiyəni üstləyib. Belə ki, tur qiyməti bir nəfər üçün 350-450 manat arasında dəyişir. Tur istiqaməti Misirin Şarm-Əl-Şeyx şəhərinədir. 6 gecə 7 gün üçün nəzərdə tutulan bu qiymətə aviabilet, hotel, transfer, sığorta və 5 dəfə qidalanma xərcləri daxildir. Məlumatda o da qeyd olunur ki, bu istiqamətdə olan tura uçuş Tbilisidən həyata keçirilir və reys marşrutu tam olaraq Tbilisi – Şarm -Əl-Şeyx – Tbilisi şəklindədir.

199 manata İstanbul turu

"Gezz Travel" turizm şirkətində ən ucuz tur Türkiyənin İstanbul şəhərinədir. Bu tur paket çərçivəsində Bakıdan İstanbulun Sabiha Gökçen hava limanına gedən turistlər bir nəfər üçün sadəcə 199 manat ödəməlidirlər. Qiymətə hotel, aviabilet və hoteldə səhər yeməyi xərcləri daxildir. Turun müddəti 3 gecə 4 gündür.

Bu istiqamətə tur birbaşa reyslə həyata keçirilir

"Millenium Tour" turizm şirkəti ən ucuz tur kimi Antalyaya səyahət təklif edir. Müvafiq tur çərçivəsində Bakıdan birbaşa reyslə Antalyaya aparılan turistlər bir nəfər üçün 350 dollar ödəyəcəklər. Qeyd olunan qiymətə aviabilet, hotel, transfer, sığorta və hoteldə səhər yeməyi xərcləri daxildir. Turun müddəti 5 gecə 6 gündür.

387 manata 3 gecə 4 gün

"Kral Travel" turizm şirkətinin məlumatına görə, burada ən ucuz tur İstanbul istiqaməti üzrədir. Turun qiyməti bir nəfər üçün 387 manatdır. Bu qiymətə aviabilet, hotel və hoteldə səhər yeməyi xərcləri daxildir. Turun müddəti 3 gecə 4 gündür.

Tbilisi – 350-400 manat

"Onset Travel" turizm şirkətindən bildirdilər ki, burada ən ucuz tur Gürcüstan istiqaməti üzrədir. Tbilisi şəhərində 5 gücə 6 gün üçün nəzərdə tutulmuş bu turun bir nəfər üçün qiyməti 350-400 manatdır. Bu qiymətə aviabilet, hotel və hoteldə səhər yeməyi xərcləri daxildir.

Hər şey daxil 575 manat

"Aristokrat Travel" turizm şirkətinin məlumatına görə, burada ən ucuz tur İstanbul istiqaməti üzrədir. Müddət 4 gecə 5 gün, qiymət isə bir nəfər üçün 575 manatdır. Bu qiymətə aviabilet, hotel, transfer, sığorta və hoteldə səhər yeməyi xərcləri daxildir.

Ən ucuz tur Marmaris istiqamətinədir

"Ulduz Tourism" agentliyində ən ucuz tur Türkiyənin Marmaris ərazisinədir. Bu turun müddəti 5 gecə 6 gün, qiyməti isə bir nəfər üçün 650 manatdır. Bu qiymətə aviabilet, sığorta, hotel, transfer və hoteldə səhər yeməyi xərcləri daxildir.