USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Horadiz qatarı 70 dəqiqə ləngiyib

12.09.2019 İqtisadiyyat
0 0
Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı 1 saat 10 dəqiqə ləngiyib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Kommersant.az"a verilən məlumata görə, bu gün saat 03:40 radələrində Bakı-Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində olarkən qatarda texniki nasazlıq yaranıb. Nasazlıq aradan qaldırıldıqdan sonra qatar təyinatı üzrə yola salınıb. Hazırda nasazlığın səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatar 1 saat 10 dəqiqə ləngiyib.