USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektron sürücülük vəsiqələri dövrü gəlir - Azərbaycanda nə vaxtdan tətbiq olunacaq?

03.10.2019 İqtisadiyyat
0 0
Rusiyada elektron sürücülük vəsiqələrinin verilməsi təşəbbüsü nəzərdən keçirilir. Artıq sürücülük vəsiqələrinin elektron versiyasının yaradılması və onların smartfonlara inteqrasiya edilməsi üzərində işlər başlayıb. Belə ki, elektron vəsiqələr hazırkı sürücülük vəsiqələrinin alternativi olacaq.

Azərbaycanda da elektron sürücülük vəsiqəsi yaradıla bilərmi?

"Kommersant.az" Yenisabah-a istinadla xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Azər Allahverənov bildirib ki, bu məsələnin həyata keçirilməsi çox müsbət addım olardı:
"Təkcə Rusiyada yox, dünyanın bir çox ölkələrində bununla bağlı işlər aparılır. Bu elektron vəsiqə sürücü haqqında bütün məlumatları özünə cəmləyən sənəddir. Bunu bir növ elektron daşıyıcı hesab etmək olar. Sürücülərin sənədləri orda toplanır ki, bu da onların bir çox narahatlıqlarının qarşısını alır. Həm rahat daşınması, həm də rahat istifadəsinə görə bir çox üstünlükləri var".

Ekspertin sözlərinə görə, bu sistem yaxın illərdə Azərbaycanda da tətbiq oluna bilər:

"Azərbaycana gəldikdə isə ola bilsin ki, bu 1 il ərzində tətbiq olunmasa da, bir neçə il ərzində həyata keçsin. Reallıq ondan ibarətdir ki, ayrı-ayrı strukturlar, sığorta şirkətləri, yol polisi, gömrük və s. - yəni, sürücülük vəsiqələri ilə bağlı sənədləşmə işləri olan qurumların vahid portal giriş-çıxışı təmin olunmalıdır. Əks təqdirdə bu effektiv olmaz. Ən azından bu məsələ ilə bağlı işçi qruplar yaradıla, beynəlxalq təcrübədən istifadə edilə bilər".

  • Əvvəlki

    İcra başçısı: "Sumqayıtda 7000 nəfər işsiz var"

Digər xəbərlər