Puta stansiyasında yeni yoldəyişənlər quraşdırılır

07.06.2018 Nəqliyyat
“Azərbaycan Dəmir Yolları” QSC-nin Puta stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

Qurumdan "Kommersant"a verilən məlumata görə, hazırda Puta stansiyasında 3 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Qeyd edək ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi olaraq Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 167 yoldəyişən yenisi ilə əvəz olunub.