USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

100 ədəd "Xəzər" avtomobili satışa çıxarılacaq

08.06.2018 İqtisadiyyat
0 0
Neftçala Avtomobil Zavodunda aşağı sinif avtomobillərin istehsalı planlaşdırılır. Bunu "Azərmaş" MMC-nin Emin Axundov deyib.

E.Axundovun sözlərinə görə, bu avtomobillərin qiyməti 14 min manat olacaq:

"Biz həm də yan sənayeni inkişaf etdirmək niyyətindəyik. Bu isə avtomobillərin qiymətlərinin 10-12% ucuzlaşmasına səbəb olacaq. İyunun 20-dən etibarən avtomobillərin ehtiyat hissələrinin satışına başlanacaq. Növbəti bazar ertəsindən isə Badamdar, Babək və Ziya Bünyadov prospektlərində yerləşən satış mərkəzlərində avtomobillərin satışı başlanılacaq".

Onun sözlərinə görə, ilkin olaraq 100 ədəd "Xəzər" avtomobili satışa çıxarılacaq. E.Axundov qeyd edib ki, ayda 160 ədəd avtomobil istehsalı planlaşdırılır.

Report

  • Əvvəlki

    Hökumət qurumları 40-a yaxın "Xəzər" avtomobili sifariş verib

Digər xəbərlər