USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hafiz Hacıyev polisdən qaçdı, sürücülük hüququ məhdudlaşdırıldı - FOTO

06.08.2020 İqtisadiyyat
0 0
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.

"Kommersant.az"-ın məlumatına görə, buna səbəb partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olmasıdır. Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub.

Bu gün əməkdaşımız Hafiz Hacıyevin Azadlıq prospektində qayda pozuntusunun şahidi olub. Belə ki, yol polisi əməkdaşları ona "saxla" işarəsi versə də Hafiz Hacıyev tabesizlik göstərərək ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da tapa bilməyiblər.

Lakin partiya sədrinin sürücülük hüququ iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.

Pravda.az

  • Əvvəlki

    İlham Əliyev Tovuzla bağlı sərəncam imzaladı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0