AFB Bank işçi axtarır - VAKANSİYA

08.04.2019 Vakansiya
AFB Bank Katibə-referent vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Katibə-referent

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

Əməkhaqqı: 500 AZN

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Müvafiq sahədə iş təcrübəsi;
  • Dil bilikləri: rus və azərbaycan dili mütləqdir (ingilis dili arzu olunandır);
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
  • Microsoft Office proqramları biliyi;

İŞİN TƏSVİRİ:

  • Rəhbərliyin təyin etdiyi görüşləri təşkil edir, toplantıların vaxtı və yeri barədə iştirakçıları məlumatlandırır;
  • Telefon zənglərini qəbul edir, aidiyyəti üzrə yönləndirir;
  • Müraciətlərin vaxtını, məqsədini, müraciət edənin şəxsi məlumatlarını qeydə alır və aidiyyəti üzrə ötürür;
  • Korrespondensiyanı, dərkənar və imza üçün daxil olan sənədləri rəhbərliyə, imzalanmış sənədləri isə kargüzarlıq şöbəsinə təqdim edir;
  • Fəaliyyəti ilə bağlı hesabatlar hazırlayır;
  • Fəaliyyəti ilə bağlı proseslərin optimallaşdırılması üçün təkliflər verir

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Katibə-referent” qeydi edərək cv@afb.azelektron ünvanına göndərməyi xahiş edirik.

  • Əvvəlki

    Kirayədə qalana daha çox sosial yardım düşür

Digər xəbərlər

VTB