USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prokurorluq orqanlarında işləmək istəyənlərin nəzərinə!

01.08.2019 Vakansiya
0 0
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçünvakant 80 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu avqustun 2-də saat 18:00-da başa çatacaq.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən "Kommersant.az"a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş namizədlər üçün müsabiqənin ilkin mərhələsi olan test imtahanının Dövlət İmtahan Mərkəziilə əlaqəli şəkildə, müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 9 avqust 2019-cuil tarixdə saat 10:00-dan başlayaraq 3 saat müddətində Bakı İdman Sarayında (ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 26 A) keçirilməsi nəzərdə tutulur.

Prokurorluğa işə qəbulla bağlı müsabiqədə iştirak edəcək namizədlər7-8 avqust 2019-cu il tarixlərdə saat 10:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə "Test imtahanına buraxılış vərəqəsi”ni və "Yaddaş kitabçası”nı Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər. İmtahanın keçirilməsi qaydalarına dair məlumat "Yaddaş kitabçası”nda əks etdiriləcəkdir.
Məlumat üçün bildirilir ki, test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 1 iyul 2019-cuil tarixdə kütləvi informasiya vasitələrində dərc edilmiş, həmçinin Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) yerləşdirilib.

Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 437-28-56, 492-06-82, 492-74-32 və492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

  • Əvvəlki

    Prezidentdən Mədəniyyət və İncəsənət naziri ilə bağlı - SƏRƏNCAM

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0