USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirdən iki təyinat

16.10.2019 Vakansiya
0 0
Kənd Təsərrüfatı Nazirliyinin Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (DAİM) yeni direktor təyin edilib.

"Kommersant.az" "Report”a istinadən xəbər verir ki, nazir İnam Kərimovun imzaladığı əmrə əsasən, bu vəzifə Etibar Muradlıya həvalə olunub.

O, Çexiyadakı Mendel Universitetinin Regional inkişaf və beynəlxalq ərazi planlaşdırılması fakultəsində kənd təsərrüfatının menecmenti ixtisası üzrə təhsil alıb, yeni təyinata qədər nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsində və "Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC-də çalışıb.

Bundan başqa, İ.Kərimov Elşən Cəbrayılovun Kürdəmir DAİM-in direktoru təyin edilməsi barədə əmr imzalayıb. Xatırladaq ki, əvvəlki direktor Mətləb Kərimov işdə yol verdiyi nöqsanlara, nazirliyin "Fermerlərə yaxınlıq” prinsipini kobud şəkildə pozduğuna görə bir qədər əvvəl vəzifəsindən azad edilmişdi.

  • Əvvəlki

    “Azəriqaz” payız-qış mövsümünə hazırlıqla bağlı məlumat yayıb

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0