USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"YeloBank" işçi axtarır - VAKANSİYA

21.10.2020 Vakansiya
0 0
Yelo Bank CRM şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır.

Siz elektron poçtun “mövzu” yerinə “CRM_manager” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Müştərilərin məlumat bazasının idarə edilməsi:
- Məlumat bazasında müştərilər haqqında əsas informasiyanın saxlanılması
- Verilənlər bazasına yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması
- Müştəri məlumat bazasının fasiləsiz işinə nəzarət, problemlərin yaranması halında - bu haqda uyğun bölmələrə məlumatın verilməsi
• CRM sisteminin qurulması:
- Verilənlər bazasının statistik məlumatları, daimi olaraq onların təhlili və seqmentləşdirilməsi (bir və ya bir neçə reklam kampaniyası üçün)
• Marketinq layihələrinin aparılması
- Reklam kampaniyalarının təqvim planının hazırlanması
- Reklam kampaniyaları haqqında müştərilərə məlumatın verilməsi (göndərilmələrin siyahılarının tərtib edilməsi: Göndərilməni həyata keçirmək üçün texniki tapşırığın hazırlığı; göndərilmə prosesinin koordinasiyası)
- Hazırlıq, koordinasiyalar və promo keçirilməsinə nəzarət - tədbirlər, partnyorlarla tədbirlər və ya müştəri günləri
• Muştərilərlə iş
- Müştəri (saytda və ya satış nöqtələrində) sorğularının keçirilməsi, hansılar ki, müştərilərin üstün tutulmalarını müəyyən edir
- Onların analizi əsasında yaradılmış auditoriyaya görə strategiyasının hazırlanması
- Təşkilat və müştərilərin əlaqələrin idarə edilməsi, məsələn, sms vasitəsilə - göndərilmələr, elektron poçtla sorğular
- Potensial müştərilərin analizi, onların tələblərinin müəyyənləşdirilməsi
• Əməkdaşlarla iş
- İşgüzar əməkdaşlarla müzakirə, onların narazılıqlarının və təkliflərinin üzə çıxarılması
- Biznes üzrə əməkdaşların gələcək imkanlarının və etibarlılığının qiymətləndirilməsi

Tələblər:

• AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nin filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik
• Maliyyə və mühasibatlıq hesabatları formaları üzrə biliklər, onları təhlil etmək və kollegial orqanlara təqdim etmək üçün zəruri analitik materialların hazırlanması bacarığı
• Beynaxalq ödəniş sistemleri qüvvədə olan tələbləri haqqında bilik.
• AR-in Əmək qanunvericiliyinin əsasları haqqında bilik
• Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik
• Microsoft office proqramlarından istifadə bacarığı
• Xarici dil bilikləri - rus dili, inglis dili arzu olunandır
• İdarəetmə bacarıqları
• Yüksək dərəcədə analitik qabiliyyət
• Səmərəli ünsiyyət qurmaq bacarığı
• Komanda ilə işləmə və qərar qəbul etmə qabiliyyəti
• İşlərini planlaşdırma bacarığı
• Məsuliyyətlilik

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki

  • Əvvəlki

    Ermənistan prezidenti yalvarmaq üçün Brüsselə getdi

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0