USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Respublika” işçi axtarır - VAKANSİYA

03.11.2020 Vakansiya
0 0
“Bank Respublika” ASC “Xidmətlər üzrə məsləhətçi” (resepşn) vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

Ofisə müraciət edən müştərilərin qarşılanması, salamlanması, istiqamətləndirilməsi;
Müştərilərə bankın məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
Müştərilər arasında aparılan sorğularda iştirak;
Bankomat, terminallarda ödəniş zamanı müştərilərə köməklik göstərmək.
Namizədə qarşı tələblər:

Ali təhsil;
İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsi üzrə təcrübə arzuolunandır;
Dil bilikləri: Azərbaycan və Rus dili əla, İngilis dili yaxşı səviyyədə arzuolunandır;
Komandada işləmək bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Səliqəli və xoş görkəm;
Əzmkarlıq, düzgünlük, çalışqanlıq.
Sizə nə təklif edirik?

Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xidmətlər üzrə məsləhətçi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    Neft 10 dollara düşəcək?

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0