USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"PASHA Bank" işçi axtarır - VAKANSİYA

18.12.2020 Vakansiya
0 0
"PASHA Bank" ASC Əsas bankçılıq üzrə qrup rəhbəri vakansiyasını elan edir.

Vəzifə Öhdəliyi:

• Məhsul stream-i və komandanın bütün texnologiyasını idarə etmək və yönəltmək..
• Məhsulun hazırlıq prosesində şəxsən iştirak etmək, mühəndislik komandasının idarə edilməsində və gündəlik məhsulunun təkmilləşdirilməsinin aparılmasında müvəffəqiyyət əldə etmək üçün məhsulu idarə etmək
• Rəqəmsal məhsulların strategiyaları və plan üzrə agile komandaları dəstəkləmək və bu prosesdə iştirak etmək
• Məhsul stream-i daxilində platformaları, alətləri, texnoloji steki qiymətləndirmək və testdən keçirmək.
• Mühəndislər arasında agile iş prinsipini nəzarətdə saxlayaraq proqram təminatı prosesini təkmilləşdirmək
• Yüksək potensiala malik işçilərin hazırlanması və inkişaf etdirilməsi üçün stream daxilində komanda və individual olaraq işçiləri işə qəbul etmək və onlara koçluq etmək
• Məhsul stream-i daxilində resursları idarə etmək
• Daha çox və yaxşı rəqəmsal məhsullar yaratmaq məqsədilə bankın texnologiyasını təkmilləşdirmək üçün ən son texnoloji innovasiyaları həyata keçirmək
• Stream-in əsas biliklərinin sənədləşdirilməsini təmin etmək, yeni təlimatlar hazırlamaq və mövcud olanı təkmilləşdirmək
• Mühəndislik fəaliyyətlərində iştirak etmək və onları aparmaq
• Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqlar.

Tələb edilən bilik, bacarıq və təcrübə:
• Təhsil: Kompüter mühəndisliyi, Kompüter elmləri, Tədbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə Bakalavr, Magistr və ya daha yuxarı təhsil dərəcəsi;
• İş təcrübəsi: Proqram mühəndisliyi sahəsi üzrə 7+ il iş təcrübəsi, back-end və front-end üzrə bilik, avtomatlaşdırılmış test, infrastruktur və verilənlər bazası texnologiyaları üzrə arxitektura; Bank sahəsi üzrə təcrübə və bank məhsulları barədə mükəmməl biliyə sahib olmaq.
• Xarici dil: İngilis dili (yaxşı)
• Kompüter bilikləri: Bu dillərdən ən az 4-nü mükəmməl bilmək: PL/SQL, Node.js, Python, Golang, Kotlin, Java, PHP, Perl, SQL, HTML, .Net, React, Angular, verilənlərin strukturu və alqoritm bilikləri;
• Məhsul biliyi: RESTful APIs, Single Sign On, LDAP, Search texnologiyaları, yazılan kodun yoxlanılması üzrə təcrübə, dizayn mock-ups ilə çalışmaq, CI/CD, təhlükəsizliyin yaradılması, məlumat təhlükəsizliyi, testlərin yazılması;

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 07.01.2021-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Əsas bankçılıq üzrə qrup rəhbəri” yazaraq göndərmələri xahiş olunur.

"PASHA Bank" ASC Əsas bankçılıq üzrə qrup rəhbəri vakansiyasını elan edir.

41

  • Əvvəlki

    “İceland şirkəti”nin binasının qarşısında etiraz

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0