USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"NORM" işçi axtarır - VAKANSİYA

14.01.2021 Vakansiya
0 0
Norm Önləyici və Dövri Təmir üzrə İnspektor vəzifəsinə namizəd axtarılır.

Tələblər:

• Mexanika mühəndisliyi üzrə ali təhsil
• MS office və SAP proqramlarından istifadə bacarığı:
• Excel programından yüksək səviyyədə istifadə bacarığına sahib olanlara üstünlük verilir
• İnglis dilinin elementar səviyyədə biliyi
• Əlaqədar sahədə 1 il iş təcrübəsi və ya könüllülük fəaliyyəti

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Vəzifə və Öhdəliklər:

• Öhdəsində olan sahələri periodik təftiş planına əsasən təftişləri icra etmək və tələb olunan təmir işlərini müəyyən etmək və SAP sistemində iş bildirişlərinin yaradılması.
• Uyğunsuzluq və təmir nəticələrini ilə əlaqədar hesabatların hazırlanması və təqdim edilməsi.
• Ərazidə yerinə yetirilən təmir və təftiş işlərinin keyfiyyətinə nəzarət və uyğunsuzluqlar barəsinə məlumat vermək.
• Avadanlıqlarda aşınma ölçüm işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
• Şöbələr ilə birlikdə təmirdən sonra avadanlıqları və cihazları test etmək
• Bölgəsinə aid olan ehtiyat hissələrinin anbarda yoxlamaq və ehtiyac ola biləcək sifariş tələbini bildirmək.
• Avadanlıqlarda tənzimləmə işlərinin yerinə yetirilməsi və hesabatların hazırlanması.
• Vəzifəsinə aid olan və görülən spesifik işlər üçün təlimatların hazırlanması və yenilənməsi.
• Zavod qaz təsərrufatında olan avadanlıqlarda periodik olaraq təftiş və təmir işlərinin yerinə yetirilməsi. Təmir və qəza planlarının hazırlanması.

Tərcümeyi-hallarınızı müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan tərcümeyi-hallara baxılmayacaqdır.

Son Müraciət Tarixi: 26.01.2021

  • Əvvəlki

    Magistraturaya hazırlaşanların nəzərinə

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0