USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"OBA" işçi axtarır - VAKANSİYA

18.01.2021 Vakansiya
0 0
Vəzifə: Daxili kommunikasiyalar üzrə mütəxəssis

İş yeri: OBA Marketlər şəbəkəsi baş ofis

Namizədə dair tələblər:

• Təhsili: Ali
• Yaş: 35 yaşa qədər
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl səviyyədə)
• Kompüter bilikləri: MS Office
• Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
• Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
• Yüksək icraçılıq bacarığı, təşkilatçılıq, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik;

Vəzifə öhdəlikləri:

- Korporativ mədəniyyətin gücləndirilməsinə yönəlmiş daxili kommunikasiyalar planının hazırlanması və bu plan çərçivəsində müxtəlif formada tədbir və proqramların həyata keçirilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı xəbərlər, şirkətin inkişaf strategiyası, dəyərləri və məqsədləri, mühüm hadisələri haqqında əməkdaşların zamanında məlumatlandırılması;
- Daxili kommunikasiya daşıyıcılarının məzmununun və dizaynının hazırlanması, nəşr edilməsi və daxildə yayılmasının təşkili;
- Korporativ nəşrlərin hazırlanması;
- Daxili sosial şəbəkənin idarə edilməsi;
- Daxili kommunikasiyanın fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması
- İctimaiyyətlə Əlaqələr şöbəsi ilə bölmələr arasında görüşlərin təşkil edilməsi;
- Şirkətdə nizam-intizamın təşkili;
- Şirkət əməkdaşları arasında daxili sorğuların keçirilməsi.

Əlavə təminatlar:

• Nahar şirkət tərəfindən verilir;
• Korporativ nömrə ilə təmin edilmə;
• Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:

İş saatları 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günü.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Daxili kommunikasiyalar üzrə mütəxəssis" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    Tramp Ağ evdən köçdü

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0