“Bank Respublika” ASC Problemli kreditlər üzrə çağrı mərkəzinə mütəxəssis vakansiyası elan edir.
Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
Problemli kreditlər portfeli ilə məhkəməyəqədər, məkəmə və icra mərhələlərində iş və gecikdirilmiş borclar üzrə yığımın təşkili;
Öhdəliklərini yerinə yetirməyən müştərilərlə, onların zaminləri və ailə üzvləri ilə mütəmadi danışıqlar aparmaq, zəruri olduqda onları banka görüşə dəvət etmək və ya regionlarda departamentin əlaqəli şəxsləri ilə görüşlərini təşkil etmək;
Müştərilərlə bütün zəng və yazışmaların yazılması və arxivləşdirilməsini təmin etmək;
İşlərin hüquqi statusu (məhkəməyəqədər, məhkəmə, icra) və gecikmə günlərinin sayından asılı olaraq Məhkəməyəqədər iş və məhkəmə qərarlarının icrasını aidiyyatı struktura təhvil vermək;
İcraatında olan işlərlə bağlı bütün yazışmaların müvafiq qeydiyyatını aparmaqla surətini işə əlavə etmək və görülmüş işlər barədə bank proqramında müvafiq qeydlər aparmaq;
Borcların yığılmasının nəticələri, onların cari statusu, borclu müştərilər barədə və tələb olunan digər məlumatlara dair hesabatlar tərtib edərək rəhbərinə təqdim etmək.
Namizədə qarşı tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili (əla), Rus və ya İngilis dilləri arzuolunandır;
Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Əlverişli iş mühitində çalışmaq imkanı;
Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 05 fevral 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Çağrı mərkəzinə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.