“Bank Respublika” ASC Əməliyyatlara Nəzarət departamentin “PL/TMM şöbəsinə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
• Müştəri profilinin və əməliyyatlarının analitikası;
• Analiz nəticələrinin “case” şəklində yaradılması;
• Proqram təminatında “ssenarilərin” yazılması;
• Müxbir banklardan daxil olan bank və müştərilər ilə əlaqəli sorğuların cavablandırılması;
• Müxbir banklar və xarici partnyorlar ilə yazılı və şifahi danışıqların aparılması;
• Nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması və s.
Namizədə qarşı tələblər:
• Ali texniki təhsil;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri mükəmməl olmalı;
• Excel proqramında işləmək bacarığı;
• IT sahəsində minimal biliklərin olması arzuolunandır;
• Bank fəaliyyətini tənzimləyən qanun və normativləri bilməsi arzuolunandır;
• PL/TMM sahəsi üzrə iş təcrübəsinin olması arzuolunandır;
• Analitik düşünmə qabiliyyəti;
• Yüksək ünsiyyət bacarığı;
• Xarici partnyorlarla görüşlərdə çıxış etmək və danışıqlar aparmaq bacarığı;
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “PL/TMM şöbəsinə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.