USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AFB Bankın uyğunluq şöbəsinə mütəxəssis tələb olunur - VAKANSIYA

24.07.2018 Vakansiya
0 0
AFB Bank Risklərin idarə edilməsi departamentinin uyğunluq şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Uyğunluq şöbəsinin mütəxəssisi

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

-Ali təhsil;

-PL/TMM ilə mübarizə sahəsində iş təcrübəsi arzu olunandır;

-Dərin analitik bacarıqlar, böyük baza ilə işləmək qabiliyyəti;

-Bank qanunvericiliyi, PL/TMM üzrə milli qanunvericilik, beynəlxalq standartlar və tələbləri yüksək səviyyədə mənimsəmək qabiliyyəti;

-Yüksək səviyyədə Azərbaycan və İngilis dili bilikləri;

-Güclü MS Office – Excel bilikləri, xml formatında hesabatların tərtibi bacarığı;

-Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

-MMX-ya göndərilən hesabatların hazırlanması;

-Gündəlik və dövri olaraq müştəri əməliyyatlarını moitorinq edib şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması və onların təhlil edilməsi;

-Nəzarət orqanlarından və müxbir banklardan daxil olan sorğuların cavablandırılması;

-Bankın və nəzarət tənzimləyici orqanlarının tələblərinə əsasən hesabatlarının hazırlanması, təhlil və təqdim edilməsi;

-Bankın şöbələri və filiallarından alınan şübhəli və qeyri-adi əməliyyatlar barədə məlumat araşdırılması və təhlilin həyata keçirilməsi;

-FATCA və CRS üzrə hesabatların hazırlanması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Uyğunluq şöbəsinin mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

  • Əvvəlki

    Banklarda dolların alış və satış - QİYMƏTLƏRİ

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0