"ParaBokt" işçi axtarır - VAKANSİYA

30.07.2018 Vakansiya
ParaBokt Marketinq müdiri vəzifəsi üzrə vakansiya elan edir

Vakansiya haqqında məlumat:

Namizədə olan tələblər:

o Bank işi, marketinq və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;

o Marketinq sahəsində minimum üç illik iş təcrübəsi;

o Marketinq və bazar araşdırmalarını dərindən bilməli;

o Şöbənin işlərini planlaşdırma bacarığı;

o Müvafiq proqram təminatlarını bilməli;

o Rus və ingilis dillərində səlist danışma bacarığı;

İş barədə məlumat

  • Marketinq strategiyasını işləyib hazırlamaq və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsini təmin etmək;
  • Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparmaq, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirmək;
  • Məhsul və xidmət yaratmaq və onun satış kanallarını müəyyən edilməsini təşkil etmək;
  • Bazarda rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil etmək və onu daimi təşmilləşdirmək;
  • Satışın təşkilinə köməklik etmək;
  • BOKT – un imicinin formalaşdırılmasını təmin edən tədbirlər görmək;
  • BOKT-un internet səhifəsinin yaradılması və ona nəzarət;
  • Yeni satış texnologiyalarının tətbiqi, və bu sahədə satış üzrə işçilərin hazırlanması;
  • Call center-in xidmət fəaliyyətinin yaxşılaşdırılmasına nəzarət etmək;
  • Satışa dəstək ola biləcək işlərin təşkili

CV-ləri Marketinq müdir mövzusu ilə [email protected]parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Əvvəlki

    "Unibank" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0