USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AFB Bank" işçi axtarır - VAKANSİYA

31.07.2018 Vakansiya
0 1
AFB kargüzarlıq vəzifəsi üzrə vakansiya elan edir.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: • Ali hüquqi təhsil; • Müvafiq sahədə 1 il iş təcrübəsi; • Kargüzarlığın aparılmasına dair normativ aktlar üzrə biliklər; • Yüksək səviyyədə Azərbaycan dili biliyi; • Güclü MS Office – Excel bilikləri; • Məsuliyyət, kreativlik, operativlik, komandada və gərgin iş rejimində işləmək bacarığı. İŞİN TƏSVİRİ: • İdarəetmə orqanlarının iclaslarında katiblik edir, protokol və protokoldan çıxarışları hazırlayır; • İş nomenklaturunun tərtib edilməsində iştirak edir; • Kargüzarlığın aparılması, o cümlədən sənədlərin hazırlanması, qeydiyyatı, hərəkəti, icrası, uçotu, qaydaya (nizama) salınmasını həyata keçirir; • Bankın fəaliyyəti ilə əlaqədar sənədlərin tərcümə etdirilməsi, notariat qaydasında təsdiq edilməsi və leqallaşdırılması üzrə işləri həyata keçirir; • Sənədlərin surətini çıxarır, çoxaldır, skan (elektron surət) edir; • Sənədlərlə iş və sənəd dövriyyəsi prosesində mütərəqqi texnologiyaların tətbiqinə dair təkliflər verir; • Kargüzarlığın aparılmasına dair hüquqi aktlarda nəzərdə tutulmuş digər vəzifələri icra edir. Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kargüzarlıq şöbəsinin kargüzarı” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

  • Əvvəlki

    Avqust ayına olan - HAVA PROQNOZU

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0