"Ofisait" işçi axtarır - VAKANSİYA

06.08.2018 Vakansiya
Şirkət ali məktəbdən yeni məzun olan,iş təcrübəsi olmayan gənclərə təchizat və maliyyə sahəsində işləmək üçün şans yaradır.

Şirkət haqqında : 1995-cü ildə fəaliyyətə başlayan “Inci Group Of Companies” MMC-nin nəznində fəaliyyət göstərən Ofisait Şirkəti fəaliyyətini korporativ satış və pərakəndə mağazaçılıq sektorunda davam etdirir.

Namizədə dair tələblər:

- Ali təhsil;
- MS Office ilə qabaqcıl istifadə bacarıqları;
- İngilis dilini yüksək səviyyədə bilmək;
- Rus dili biliyi olan namizədlərə üstünlük verilir;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komandada işləmə bacarığı;
- Korporativ imic üçün xarici görünüş vacibdir;

İş barədə məlumat:

- Nahar və servis şirkət tərəfində təmin olunur;
- İş qrafiki : 5 gün (09:00-18:00), 6-cı gün (09:00-15:00);
- İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;
- Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyənlər CV formasını [email protected] email ünvanına göndərməyi xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

  • Əvvəlki

    "Kontakt Home" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər