USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Beynəlxalq Bank"da - İŞ VAR

06.09.2018 Vakansiya
0 0
ABB” ASC Hüquq Departamenti Müqavilələr və korporativ hüquqi məsələlərin tənzimlənməsi şöbəsinə Hüquqşunas, Aparıcı və ya Baş Hüquqşünas vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bankda hazırlanan qərarların, əmrlərin, sazişlərin və hüquqi xarakterli digər normativ sənədlərin, bankdaxili prosedurların (qaydaların, təlimatların, əsasnamələrin və s.), layihələrin hüquqi ekspertizasını həyata keçirmək;
 Bank fəaliyyəti ilə əlaqədar standart şərtli müqavilələri və digər müxtəlif növ müqavilələri hazırlamaq, habelə bütün növ müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
 Bankın struktur bölmələrinin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərə dair qanunvericiliyə uyğun olaraq hüquqi rəylər və/və ya məsləhətlər vermək;
 Bankda satınalma işinin təşkilinə hüquqi dəstək vermək, bununla əlaqədar sənədlərin və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
 Bankın filiallarının, şöbələrinin, nümayəndəliklərinin açılması üçün icazələrin alınması və ləğvi prosesinə hüquqi dəstək vermək;
 Bankın səhmlərinin emissiyası və qiymətli kağızlarının buraxılması ilə bağlı bütün lazımi işlərin yerinə yetirilməsini təmin etmək.

Vakant vəzifə üzrə tələblər:

 Hüquq/Beynəlxaq Hüquq üzrə ali təhsil;
 Minimum 1 il iş təcrübəsi;
 Azərbaycan, Rus, İngilis dillərində mükəmməl danışıq bacarığının olması;
 Ofis proqramlarında sərbəst işləmək bacarığının olması.

Davranış səriştələri:

 Ünsiyyət bacarığı
 Detallara diqqət
 Analitik düşüncə qabiliyyəti
 Qərar vermə

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 Sentyabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Müqavilələr və korporativ hüquqi məsələlərin tənzimlənməsi şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0