Qarabağ Azərbaycandır!

"Sumqayıt Texnologiyalar Parkı" işçi axtarır - VAKANSİYA

07.09.2018 Vakansiya
Sumqayıt Texnologiyalar Parkı Energetika şöbəsi, EAT və X üzrə elektrik montyoru vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifənin adı: Energetika şöbəsi, EAT və X üzrə elektrik montyoru

Vəzifə öhdəlikləri:

• Növbətçi EAT və X üzrə elektrik montyoru öz növbəsi ərzində müəssisə ərazisində yerləşən bütün yarımstansiyalarda operativ istismar işini həyata keçirməlidir;
• Özündən sonrakı növbədə EAT və X üzrə elektrik montyoru işə çıxmadığı zamanda növbə ustası göstərişinə əsasən növbədə qalmalı;
• Növbəyə gələn EAT və X üzrə EM onlardan qabaq növbədə olanlardan yarımstansiyaların işinin sxemi barədə, avadanlıqların vəziyyəti barədə, yüklənmə qrafiki barədə, görülən təmir işləri barədə, nasaz avadanlıqlar və digər məsələlər barədə məlumatı almalı;
• Jurnalda aparılan qeydləri nəzərdən keçirməli, iş yerlərində işin vəziyyəti və s. ilə tanış olmalı;
• EAT və X üzrə Elektrik Montyoru əsas aqreqatların və fiderlərin işə salınmasını və dayandırılması işini icra etməlidir;
• EAT və X üzrə EM növbə ərzində bir dəfə elektrik avadanlıqlarının, şin qalereyasının, transformatorların və 6/10kV olan açarlarının baxışını həyata keçirməli və bu baxış zamanı növbətçi EAT və X üzrə elektrik montyoru avadanlıqların işində olan çatışmazlıqları avadanlıqlara baxış jurnalında qeyd etməlidir;
• Baxış zamanı ortaya çıxan və təcili aradan qaldırılmalı olan çatışmazlıqlar barədə dərhal növbə ustasına məlumat verməli;
• Baş vermiş qəza haqda dərhal növbə rəisinə xəbər verməli;
• Qəzaların aradan qaldırılmasından sonra növbədə olan EAT və X üzrə EM növbə ustasına qəzanın yaranma səbəbləri, qəzanın aradan qaldırılması üçün heyətin gördüyü işlər, qəzanın baş verməsində günahkar şəxslər və qəzadan sonrakı vəziyyət barədə məlumat verməlidir;
• Yanğın əleyhinə inventarın yerini bilməli və lazım gəldikdə onları tətbiq etməyi bacarmalıdır;
• Texniki istismar və təhlükəsizlik qaydalarina riayət etməli, öz peşə səviyyəsini daim yüksəltməli, əmək və istehsalat intizamına riayət etməlidir;
• Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planını bilməlidir.

Təhsil/Təcrübə:

• Müvafiq sahə üzrə texniki-peşə təhsilli;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Elektrotexnikanın əsaslarını bilməlidir.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Energetika şöbəsi, EAT və X üzrə elektrik montyoru” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

  • Əvvəlki

    Süni intellekt yeni peşələr gətirəcək

Digər xəbərlər

18.01.2021 Vakansiya
"OBA" işçi axtarır - VAKANSİYA
0 0