Qarabağ Azərbaycandır!

"Amrahbank"da - İŞ VAR

15.09.2018 Vakansiya
“Amrahbank” ASC Risklərin İdarə Edilməsi Departamenti Kreditlərə nəzarət şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Filiallarda verilmiş kreditləri (biznes və istehlak) monitorinq etmək;
  • Kredit portfelini hesabatlar əsasında təhlil etmək;
  • Kreditlərin keyfiyyətini qiymətləndirmək;
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda kredit məhsulları üzrə bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Filiallarda aparılmış monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək

Əsas tələblər:

  • Ali təhsil (iqtisadi təhsili olanlara üstünlük verilir) ;
  • Mikro, biznes və SME (KOB) kreditlərinin verilməsi üzrə minimum 2(iki) il bank təcrübəsi;
  • Riyazi, məntiq, analitik qabiliyyət və işgüzar fəallıq;
  • Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
  • Dəqiqlik və məqsədyönlülük;
  • Microsoft office proqramları üzrə biliklər;
  • Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanının olması

Maraqlı olan şəxslər CV-lərini [email protected] ünvanına 31.10.2018-ci il tarixinədək göndərməyi xahiş olunur (iddia etdiyiniz vəzifəni qeyd etməyinizi xahiş edirik).

  • Əvvəlki

    "Bank Respublika"da - İŞ VAR

Digər xəbərlər

14.01.2021 Vakansiya
"NORM" işçi axtarır - VAKANSİYA
0 0
11.01.2021 Vakansiya
Parla Satış Proqramı - VAKANSİYA
0 0