USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Beynəlxalq Bank"da - İŞ VAR

17.09.2018 Vakansiya
0 0
“ABB” ASC Maliyyə Menecmenti Departamentinin Büdcə və təhlil şöbəsinə KPİ hesablanması üzrə Aparıcı /Baş Mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Bank üzrə departament və əməkdaşların KPİ müəyyənləşdirilməsi prosesində iştirak;
 Dövrü olacaq mükafatların hesablanması prosesində iştirak, KPİ-a uyğun olan riyazi hesablama modellərinin qurulması barədə təkliflərin verilməsi və prosesdə iştirak;
 Prosedurların əvvəlcədən müəyyən olunmuş əsasnaməyə uyğun şəkildə aparılmasına nəzarət;
 Hədəflərin müəyyən olunmasında iştirak, KPİ göstəricilərinin hesablanması üçün analitik hesabat hazırlamaq və uyğun məlumatları struktur bölmələrdən toplamaq;
 İşçilərə veriləcək həvəsləndirici mükafatların daxili qayda və prosedurlara uyğun şəkildə hesablanması;
 Aylıq, rüblük və illik olmaqla işçi performansının qiymətləndirilməsi, KPİ nəticələri ilə bağlı hesabatların və tövsiyyələrin verilməsi;

Tələb olunan səriştələr:

 Komandada işləmək bacarığı;
 Detallara diqqət;
 Riyazi analitik təhlil;
 Vaxtı idarə etmək qabiliyyəti;

Vakant vəzifə üzrə tələblər:

 Ali təhsil;
 Maliyyə, HR (KPİ istiqaməti üzrə) sahəsində 1-3 il iş təcrübəsi;
 Ofis proqramlarında sərbəst işləmək bacarığı;.

Bu iş sizə nələri qazandıracaq:

 Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
 Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
 Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
 Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
 Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər bankın daxili CV formasını 28 Sentyabr 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “KPİ hesablanması üzrə Aparıcı /Baş Mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

  • Əvvəlki

    Çin ABŞ münasibətlərində durğunluq

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0