Qarabağ Azərbaycandır!

"AGA Group"da - İŞ VAR

25.09.2018 Vakansiya
AGA Group Təchizatçı vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

Təchizatçı

 Ali texniki təhsil;
 Analoji sahədə 3 il iş təcrübəsi;
 Şəxsi avtomobili olanlara üstünlük verilir;

Vəzifə öhdəlikləri:

 Yerli və beynəlxalq bazarda mallar və xidmətlər axtarmaq, malların, işlərin və xidmətlərin təchizatı üzrə tender sənədlərin və təkliflərin sorğularını hazırlamaq;
 Təchizat sifarişlərinin icrası (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
 Şirkətlərdən daxil olan sifarişlərin alınıb təhvil verilməsi;
 Təchizatçıların seçimi və qiymətləndirilməsi;
 Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün təchizatçılarla danışıqlar aparmaq;
 Daxili tələbat üçün hesabatların hazırlanması;
 Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.;
 Həftə içi 09:00-dan 18:00-dək, Şənbə günü 09:00-dan 13:00-dək, Bazar günü istirahət;
 Maşın və telefon xərcləri şirkət tərəfindən qarşılanır;
 Əmək haqqı 500 AZN.

Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Təchizatçı" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

  • Əvvəlki

    "Bakı Sığorta"da - İŞ VAR

Digər xəbərlər