Qarabağ Azərbaycandır!

"Amrahbank" bu şöbəyə mütəxəssis axtarır - VAKANSİYA

27.09.2018 Vakansiya
"Amrahbank" Hesabat və statistika şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Vəzifə öhdəlikləri:

• Aylıq Prudensial hesabatın hazırlanması;
• Məcburi ehtiyatlar, balansdankənar və rəqəmsal balans hesabatlarının hazırlanması;
• Gündəlik balans hesabatının hazırlanması (Daily Report);
• Valyuta struktur hesabatının hazırlanması;
• Vergi ödəyicisi olan müştərilərin hesablarından nağd məxaric əməliyyatları barədə məlumatların hazırlanması;
• Tədiyyə balansının hazırlanması;
• Nağd vəsaitin hərəkəti üzrə gündəlik hesabatların hazırlanması;
• Depozit hesabatının hazırlanması;
• BS - Pul və maliyyə statistikası hesabatının hazırlanması;
• NXV- Nağd xarici valyutanın banklar vasitəsilə hərəkət balans hesabatının hazırlanması;
• Bankdaxili hesabatların və İdarə Heyətinin sədrinə aylıq, rüblük və illik hesabatların təqdim olunması (Cash flow, gəlir -xərc, balans, kredit, depozit hesabatlarının tərtibi və təhlil).

Əsas tələblər:

• İqtisadi Ali təhsil ;

• Bank qanunvericiliyi ilə bağlı bilikləri;

• Bank və ya maliyyə sahəsi üzrə 1 illik iş təcrübəsi;

• Güclü analitik qabiliyyət və riyazi düşüncə;

• MS Excel proqramından yüksək səviyyədə istifadə bacarığı.

Maraqlanan şəxslər, iddia etdiyi vəzifəni qeyd etməklə, CV-ni [email protected] ünvanına göndərə bilərlər.

  • Əvvəlki

    Qacetlər ölüm gətirir

Digər xəbərlər