USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA

27.09.2018 Vakansiya
0 0
"Atəşgah Sığorta" Qəza komissarları şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Namizədə tələblər

• Yaş: 23-35
• Təhsil: Ali
• İş təcrübəsi: təcrübəsi olanlara üstünlük verilir.
• İnzibati xətalar məcəlləsini və Yol hərəkəti haqqında qanunu bilmək vacibdir.

• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Hadisə barədə məlumat əldə edən kimi dərhal hadisə yerinə getmək.
• Hadisə yerində araşdırma aparmaq, foto və video çəkilişlər etmək, hal şahidlərindən izahatlar almaq.
• Hadisə yerinə qəza xidmətlərini çağırmaq(DYP,FHN,Təcili tibbi yardım və s.)
• Hadisə yerində zədələnmiş nəqliyyat vasitələrinə baxış keçirtmək,ilkin sənədləri toplamaq,hadisə barədə raport hazırlamaq.
• Zədələnmiş nəqliyyat vasitəsinin evakuasiyasını təşkil etmək.
• Lazım olduğu halda müştəri ilə DYPŞ-nə gedib ona izahat yazmaqda köməklik göstərmək.
• Sığorta dələduzluğu faktlarını aşkarlamaq və qarşısını almaq.
• İmkan daxilində sığorta hadisəsini yerində tənzimləmək.
• Gördüyü iş barəsində Aparıcı mütəxəssisə hesabat vermək.
• Birbaşa rəhbəri tərəfindən hər il qoyulan planın yerinə yetirilməsi öhdəliyini daşıyır.
• Birbaşa rəhbərinin ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : Cədvələ uyğun normallaşdırılmamış iş qrafiki

• Sabit əmək haqqı sınaq müddətində 400 AZN
• Sınaq müddətindən sonra 500 AZN

QEYD :

Xahiş olunur yalnız Sumqayıt şəhərində (eləcə də Saray, Ceyranbatan ) yaşayan namizədlər müraciət etsinlər.

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Qəza komissarları şöbəsinin mütəxəssisi ” qeyd etmələri xahiş olunur.

  • Əvvəlki

    "Veysəloğlu Şirkətlər Qrupu"nda müdir olmaq istəyənlərin - NƏZƏRİNƏ

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0