USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kredit mütəxəssisi axtarılır - VAKANSİYA

16.10.2018 Vakansiya
0 0
"Bank Respublika", "Ağa Neymətulla şöbəsi üzrə aqro və mikro kredit mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın aqro və mikro kredit məhsulları üzrə müştəriləri cəlb etmək;
• Aqro və mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı və bonus qazanma imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 oktyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Ağa Neymətulla şöbəsi üzrə aqro və mikro kredit mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Əvvəlki

    Mühasib işləmək istəyənlərin nəzərinə - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0