USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Mərkəzi Bankı plastik pul buraxdı

22.05.2018 İqtisadiyyat
0 0
Rusiya Mərkəzi Bankı futbol üzrə dünya çempionatına həsr olunmuş plastik xatirə əskinasını təqdim edib.

"Kommersant.Az" xəbər verir ki, əskinas 100 rubl dəyərindədir.

Bu əskinaslar 20 milyon tirajla buraxılacaq və iyunun sonunadək Rusiyanın bütün regionlarına göndəriləcək.

Plastik əskinasları kredit təşkilatları müştərilərə təqdim edəcək.

Qeyd edək ki, 2018-ci il dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.