USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoin 500 dollara yaxın ucuzlaşıb

22.05.2018 Bank
0 0
Dünya kriptovalyuta bazarında bu saatlarda ucuzlaşma müşahidə olunur

"Kommersant.Az" xəbər verir ki, mayın 22-nə olan nəticələrə görə, 100 əsas kriptovalyutanın 91-i ucuzlaşıb.

Ən böyük kapitallaşmaya malik olan Bitcoin son sutka ərzində 209 dollar və ya 2,4 ucuzlaşaraq 8269 dollar olub.

Son bir həftə ərzində isə bitkoin 469 dollar və ya 5,3% ucuzlaşıb.

Ethereumun qiymətində də ucuzlaşma qeydə alınıb. Belə ki, bu virtual pul son sutka ərzində 26 dollar və ya 3,6% ucuzlaşaraq 688 dollar olub.

Son bir həftə ərzində isə Ethereum 41 dollar və ya 5,6% ucuzlaşıb.

Kriptovalyutalardan ən çox bahalaşma Factom-da(9,93%), ən çox ucuzlaşma isə Bitcoin Private-də(13,33%) müşahidə olunub.