USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Argentinada "faiz endirimi" davam edir

20.02.2020 İqtisadiyyat
0 0
Argentina Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında canlanma yaratmaq üçün uçot dərəcəsini daha 4 faiz bəndi azaldaraq 40%-ə endirib.

"Kommersant.az" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin dekabr ayında Alberto Fernandezin prezident seçilməsindən və Migel Pecenin AMB rəhbəri təyin edilməsindən sonra 7-ci "faiz endirimi"dir.

Xatırladaq ki, AMB-nin keçmiş rəhbəri inflyasiya ilə mübarizə aparmaq üçün ucot dərəcəsini 84%-ə qaldırmışdı.

/Report