USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ Ukraynaya 8 milyon dollar ayıracaq - SƏBƏB

04.03.2020 İqtisadiyyat
0 0
ABŞ Ukraynaya kibertəhlükəsizlik üçün daha səkkiz milyon dollar ayıracaq

"Kommersant.az"-ın məlumatına görə, bu barədə ABŞ-ın dövlət departamenti xəbər verib.

"Ukraynada kibertəhlükəsizliyin dəstəklənməsinə daim sadiqlik əlaməti olaraq, Birləşmiş Ştatlar Dövlət Departamenti 2017-ci ildə vəd edilmiş 10 milyondan əlavə daha 8 milyon dollar ayırdığını bildirir. Bu maliyyələşmənin bir hissəsi ABŞ-ın Beynəlxalq Kibertəhlükəsizliyin İnkişaf Agentliyinin yeni layihəsinin dəstəklənməsinə yönəldiləcək. Layihədə dörd il ərzində Ukraynanın kibertəhlükəsizlik sahəsinin imkanlarını gücləndirmək, qanunvericilik və tənzimləyici islahatları dəstəkləmək, kadrların hazırlanması və özəl sektorun cəlb edilməsi üçün 38 milyon dollara qədər sərmayə yatırılacaq", - departamentin məlumatında deyilir.

  • Əvvəlki

    Dünyadakı çimərliklərin yarısı su altında qala bilər - ARAŞDIRMA

Digər xəbərlər