USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlin ən pis valyutası müəyyənləşdi

19.03.2020 İqtisadiyyat
0 0
Rubl tarixinin ən ağır günlərindən birini yaşayır. Gün ərzində Rusiya milli valyutası dollara nisbətdə 80 həddinə bir neçə dəfə yaxınlaşıb. Bu dəqiqələrdə 79,6 göstərici qeydə alınır.

"Kommersant.az" xəbər verir ki, rubl ilin ən pis valyutası sayılıb. Rus pulu ilin əvvəlindən bəri 28.59 faiz dəyiri itirib. Rubl Braziliya rublunu bir az geridə qoyub (28,21 faiz). Ən pis valyutaların siyahısında Meksika pesosu üçüncü yeri tutur (26,91 faiz).

Rublun dəyər itirməsində neft qiymətlərinin kəskin aşağı düşməsi birbaşa rol oynayır. Martın 6-da Səudiyyə Ərəbistanı ilə ümumi razılıq əldə olunmaması yanacaq sektorunda inqilabi aura yaradıb. Bu dəqiqələrdə "Brent" markalı neftin bir bareli dünya birjalarında 26,61 dollar qiymətləndirilir.