USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FES-in iclası nəyi dəyişəcək - PROQNOZ

09.06.2018 İqtisadiyyat
0 0
Dollarda istiqaməti yalnız Fed müəyyənləşdirməyəcək

"Kommersant" xəbər verir ki, gələn həftə ABŞ Mərkəzi Bankının (Fed) iclası keçiriləcək. Fed-in iclasının, dollarda istiqaməti müəyyənləşdirmək üçün tək başına yetərli olmayacaqdır.

Fed 13 İyundakı iclasında faiz artırsa və bu il daha 2 dəfə də faiz artıra biləcəyinə işarə etsə belə, bu, dolları dəstəkləmək üçün yetərli olmayacaqdır. Çünki Fed-in iclasının ardından gözlər Avropa Mərkəzi Bankına (AMB) çevriləcək. 14 iyunda Avropa Mərkəzi Bankının iclası keçiriləcəkdir.

Avropa Mərkəzi Bankının nümayəndəsinin bu həftə verdiyi açıqlamaya görə, Bank istiqraz alışı proqramından çıxış üçün hazırdır. İstiqraz alışı proqramının başa çatdırılması pul siyasətinin sərtləşdirilməsi deməkdir və bu qərar Avronun bahalaşmasına təkan verə bilər.

Dollar, bir tərəfdən texniki təzyiq altında qalır. Dollar İndeksi iki həftənin ən aşağı səviyyəsini görüb və texniki göstəriciyə görə bu azalma təxminən 2%-ə çata bilər.

Avro isə AMB rəsmisinin açıqlamasının ardından 10 ayın ən aşağı səviyyəsindən yüksəlişə keçib.

Mərkəzi Bankların qərarları ilə bərabər, ticarət müharibəsinə dair narahatlıqlar da treyderlərin diqqətindədir. Ticarət gərginliyinə dair ipucu verə biləcək G-7 zirvəsi Kanadada keçirilir.

  • Əvvəlki

    Azərbaycan məhsullarını Rusiya şirkətləri satacaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0