USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İngiltərə Mərkəzi Bankı faiz qərarını açıqlayıb

07.05.2020 İqtisadiyyat
0 0
İngiltərə Mərkəzi Bankı (BOE) bu günki yığıncağında faizini dəyişdirməyərək 0.1%-də saxlayıb.

Qərardan sonra yayımlanan açıqlamada, "Mərkəzi Bank ehtiyac olsa əlavə addımlar atmağa hazırdır" deyilir.

Bank istiqraz alış hədəfini də dəyişdirməyərək 645 milyard sterlinqdə saxlayıb.

İngiltərə Mərkəzi Bankı, ABŞ Mərkəzi Bankı (Fed) və Avropa Mərkəzi Bankı (AMB), koronavirus səbəbilə iqtisadi fəaliyyət dayanma nöqtəsinə gəlməsinin ardından iqtisadiyyatı ayaqda saxlaya bilmək üçün Mart ayından bu yana faiz endiriminə gediblər və monetar genişlənməni (QE) artırıblar.

İngiltərə Mərkəzi Bankının (BOE)rəsmiləri, koronavirus pandemisinin iqtisadiyyatı xarab etməsi ilə kəskin azalma ilə mübarizə aparmaq üçün daha çoxunu edə biləcəklərini qeyd ediblər.