USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bu qərardan sonra kreditlərin faizi artacaq” - İqtisadçı

07.05.2020 Bank
0 0
“4 bankı ən pis zamanda bağlayan Mərkəzi Bank anladı ki, bu ümumi bank sektoruna ciddi psixoloji zərbədir”.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Azərbaycanda öncədən planlama yoxdur, bir iş görürlər, sonra onun fəsadlarını aradan qaldırmağa çalışırlar: “Mərkəzi Bank əmanətçiləri sakitləşdirmək üçün əmanətlərin sığortalanması faizini 10%-dən 12%-ə qaldırdı. Yəni, indi vətəndaşların 12 faizlə qoyduğu əmanətlər də sığortalanacaq, əvvəl bu hədd 10% idi. Bu qərar əmanətçilərə sərf edir, amma bu qərardan sonra kreditlərin faizi də artacaq, bankların kredit portfelində əmanətlərin payı 70% civarındadır. Zatən ölkədə kredit faizləri çox yüksəkdir, bu qərardan sonra daha da yüksələcək. Amma normal ölkələr böhrandan çıxmaq üçün tam tərsini edir. Kreditləri ucuzlaşdırır ki, iqtisadiyyat canlansın”.