USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb

15.05.2020 İqtisadiyyat
0 0
2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana məşğulluq məqsədilə səfər edənlərin sayı artıb.

Bu barədə "Kommersant.az"-a Türkiyənin Məşğulluq Xidməti Baş İdarəsindən (İŞKUR) bildiriblər.

Statistikaya əsasən, hesabat dövründə Türkiyədən Azərbaycana iş axtarmaq üçün gələnlərin sayı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 11,3 dəfə artıb.

İdarədən qeyd ediblər ki, bu dövr ərzində Azərbaycana iş tapmaq üçün 99 Türkiyə vətəndaşı səfər edib.

Ümumilikdə, hesabat dövründə 4 098 nəfər Türkiyə vətəndaşı iş tapmaq üçün xaricə səfər edib. Bu, 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 40,3 faiz azdır.

  • Əvvəlki

    ABŞ-da koronavirusa yoluxanların sayı 1,5 milyona yaxınlaşır

Digər xəbərlər