USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ölkə dünya kriptovalyuta mərkəzi seçildi

14.06.2018 İqtisadiyyat
0 0
Virtual pullarla bağlı fikirlər G20-də müzakirə ediləcək

"Kommersant" xəbər verir ki, bu gün maliyyə cinayətlər və vergidən yayınma məsələləri üzrə Avropa Komitəsinin də iştirak etdiyi "Vergitutma və pul yuyulmaları ilə mübarizə: kriptovalyuta, rəqəmsallaşdırma və Avropa dövrü" adlı tədbir keçirilib.

Tədbirdə virtual pulların hüquqi şəkildə tətbiqi, maliyyə cinayətləri, eyni zamanda, vergidən yayınma halları ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, "Zcash" və "Monero" kimi daha gənc olan kripto-pullar yüksək həddə anonimlik ehtiva edir ki, bu da kripto-cinayətkarlara mövcud şərtlərdən potensial istifadə etmə imkanı yaradır. Buna görə də, konfransda kriptovalyutanın tənzimlənməsi məsələlərinin G7 səviyyəsində deyil, hətta G20 səviyyəsində qəbul edilməli olduğu fikri dəstəklənərək qəbul edilib.

Qeyd etmək lazımdır ki, Malta, kriptovalyutaya ən çox meyilli olan ölkələrdən biridir. Bu istiqamət üzrə Avropada ona rəqib sadəcə İsveçrə və Estoniyadır. Və heç təsadüfi deyil ki, adıçəkilən konfransda Maltanın baş naziri Yozef Muskat blokçeyn texnologiyası üzrə biznesin tənzimlənməsində lider adlandırılıb. Çünki Muskatın səlahiyyət müddəti ərzində Malta parlamentində kriptovalyuta ilə bağlı 3 qərar qəbul edilib və ölkə içində güclü kripto-pul siyasəti qurulub.

  • Əvvəlki

    AMB sədri Mario Draghi açıqlamalar verdi

Digər xəbərlər