USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyada bankların səhmləri ucuzlaşıb

22.09.2020 İqtisadiyyat
0 0
Bu gün bütün dünya birjalarında bankların səhmləri kəskin şəkildə ucuzlaşıb.

Buna səbəb Beynəlxalq Araşdırmaçı Jurnalistləri Konsorsiumu (ICIJ) tərəfindən ABŞ, Almaniya və Böyük Britaniyanın iri banklarında uzun illər boyu davam etmiş şübhəli əməliyyatlar və 2 trilyon ABŞ dollarınadək vəsaitin yuyulması ehtimalı ilə bağlı dərc edilmiş məlumatlar olub.

Belə ki, qalmaqalda adı hallanan "JPMorgan" (ABŞ) 4 faiz və "Bank of New York Mellon" (ABŞ) 3,3 faiz, HSBC (Böyük Britaniya) 6 faiz və "Standard Chartered Bank" (Böyük Britaniya) 5,5 faiz, "Deutscher Bank"ı (Almaniya) 8,5 faiz ucuzlaşıb. Bunun təsirilə Fransanın "BNP Paribas", "Societe Generale", "Credit Agricole" bankları hərracın ilk saatlarındaca 5-6 faiz, İspaniyanın "Santander" və BBVA 6 faiz, İtaliyanın "Unicredit" 1,6 faiz ucuzlaşıb.

Bankların ucuzlaşması Avropa birjalarında ümumi düşüşə səbəb olub. Belə ki, Almaniyanın "Dax" indeksi 3 faiz, Böyük Britaniyanın FTSE indeksi 3,5 faiz, Fransanın "CAC 40" indeksi 3,2 faiz geriləyib. ABŞ da bu axından kənarda qalmayıb: "Dow Jones" indeksi 0,9 faiz, "Standard Poor 500" da 1,2 faiz zəifləyib.

  • Əvvəlki

    Bakıda 4 sinfin fəaliyyəti distant formaya keçirildi - koronavirusa görə...

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0