USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bəs sizin biznesiniz kriptovalyuta ilə işləyə bilərmi?

19.06.2018 İqtisadiyyat
0 0
Bildiyiniz kimi, Bitcoin 2017-ci ilin ən aktual mövzularından birinə çevrilmişdi. Doğrudur, ictimaiyyətin diqqətini çəkmək onların 10 ilini aldı. Bəs hazırda hansı müəssisələr bitcoindən istifadə edir?

"Kommersant" Rusiya mediasına istinadən xəbər verir ki, artıq bitcoinin bazarı ələ aldığını rahatlıqla ifadə etmək olar. Belə ki, məşhur və böyük şirkətlər olan "Microsoft", "Expedia" və "PayPal", kriptovalyutaları qəbul etməyə başlayıb. Bitcoin bir çox şirkətlərin diqqətini cəlb edir. Bu da məlumdur ki, bəzi banklar blok sistemini artıq öz sistemlərində uyğulayaraq sınaqdan keçiriblər. Bu siyahıya "HSBC", "Goldman Sachs" kimi dünyaca məşhur banklarla yanaşı, eyni zamanda, Kanadanın, Avstraliyanın, Hindistanın da bir sıra bankları da daxildir.

Blok sistemləri həmçinin daxili biznes proseslərinin və gəlirlərin idarə edilməsinin təkmilləşdirilməsi üçün otellərdə də istifadə olunur. Bu qəbildən olan otellərdən ən nəhəngi "TUİ Group" hesab edilir. Bunun ardından bəzi səhiyyə müəssisələri də sözügedən sistemdən necə istifadə edə biləcəkləri ilə bağlı müzakirələrə qoşulublar. Onları maraqlandıran daha çox pasiyentlərin bütün lazımi informasiyalarının sistemdə düzgün yerləşdirilməsi və hesblarda yarana biləcək ən kiçik səhvə belə yol verilməməsidir.

Proqnozlar isə kriptovalyutanın, 2020-ci ildə pul dövriyyəsini ələ alacağı istiqamətindədir.

Nərmin Həsənli